Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səhiyyə Nazirliyindən online nəzarət sistemi


Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Analitik Ekspertiza Mərkəzi dərman preparatlarının keyfiyyətinə elektron nəzarət sistemini tətbiq edir. Mərkəzin direktor müavini Azər Kəngərlinskinin bildirdiyinə görə, dərman preparatları reyestrinin formalaşması işləri artıq tamamlanıb və yaxın günlərdə mərkəzin rəsmi internet-resursuna inteqrasiya edilib. "Azərbaycana rəsmi şəkildə gətirilən hər bir dərman preparatı bizim laboratoriyada nəzarətdən keçir, bundan sonra onun müalicə üçün qəbuluna zəmanət verən keyfiyyət sertifikatı verilir. Preparatın seriyası reyestr bazasına daxil edilir. Reyestrin internet-resursa inteqrasiyası istehlakçılara preparatın seriya nömrəsini axtarışa verməklə dərmanın keyfiyyətini yoxlamağa imkan verir", - o deyib.
Dərmanlar haqqında məlumatın yeni təqdimat qaydası əczaçılıq bazarının bütün iştirakçıları üçün prosedurun şəffaflığını təmin edir.






01/06/11    Çap et