Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” Londonda texniki mərkəz açıb


“Facebook” sosial şəbəkəsi çərşənbə axşamı Londonda texniki  mərkəzinin açılışı haqqında elan edib. “Facebook” şirkətindən verilən məlumatda bildirilib ki, Britaniyanın paytaxtı şirkətin texniki  həlləri üçün ideal yerdir.

"Bu, qlobal mərkəzdir, burada xeyli sayda perspektivli şirkət-startaplar yerləşib. Bizim Londondakı komandamız işə kiçik texniki  qrupla başlayacaq, onlar bu və ya digər qapalı layihələrlə məşğul olacaq və əsasən mobil yeniliklər, eləcə də “Facebook” platforması ilə bağlı həllər hazırlayacaqlar, “Facebook”un London şəhərindəki proqram təminatı üzrə mühəndisi Filip Su bildirib.Onun sözlərinə görə, hazırda şirkətin London mərkəzində 22 vakansiya açılıb.
 




EMİL





25/07/12    Çap et