Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin yeni telekommunikasiya peykini orbitə buraxıb


Çin "Tyanlyan - 1-03" telekommunikasiya peykini uğurla orbitə yola salıb. “Sinxua” agentliyinin verdiyi xəbərə görə, Çinin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanmış aparat çərşənbə günü gecəyarısı Siçuan kosmodromundan "Çançjen 3S" (Böyük yürüş) raket-daşıyıcısı vasitəsilə işə salınıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Tyanlyan - 1-03" telekommunikasiya peyki Çinin növbəti idarə olunan kosmik aparatı, həmçinin Çinin kosmik stansiyası ilə əlaqənin təmini üçün cəlb ediləcək.
 







EMİL





26/07/12    Çap et