Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Biologiya müəllimi üzrə vakant yerlər üçün müsabiqəyə 737 nəfər elektron ərizə verib


2012/2013-cü dərs ilində ümumtəhsil məktəblərinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün elektron ərizə verənlər barədə məlumat açıqlanıb.

Təhsil Nazirliyindən bildiriblər ki, biologiya müəllimi üzrə vakant yerlər üçün müsabiqəyə 737 nəfər elektron ərizə verib. Həmin ərizələrdən 11-i ixtisas uyğunsuzluğuna görə ləğv edilib.Biologiya müəllimi üzrə 346 yer vakant elan olunub.





27/07/12    Çap et