Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Qafqaz ölkələri liderləri arasında ən populyar “Twitter” akkauntu


Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev  "Twittersphere" şəbəkəsinə Azərbaycan dilində "@azpresident", ingilis dilində "@presidentaz" olmaqla, iki akkauntla qoşulub.

Prezident şəxsi  akkauntlarından nitqlərdən mühüm sitatları  dərc etmək üçün istifadə edir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilində olan ən məşhur tvitində deyilir:

"20-ci əsrin ən dəhşətli və faciəli hadisələrindən olan Xocalı soyqırımının 20 illiyi".

İngilis dilində aşağıdakı tvitlər daha populyardır:

"Müstəqillik böyük sərvət, bizim üçün mühüm nailiyyət və dəyərdir".

Hər iki akkaunt təkcə sitatların dərc olunması ilə yanaşı, həm də istifadəçilərlə əlaqə saxlayır.

Qeyd edək ki, bu məsələdə Azərbaycan Gürcüstan və Ermənistanı çox geridə qoyub. Belə ki, əgər Azərbaycan Prezidentinin akkauntunun 27 mindən çox oxucusu varsa, Gürcüstan Prezidenti Mixail Saakaşvilidə bu göstərici 4500-dür.Ermənistan Prezidenti Serj Sarkisyanın isə ümumiyyətlə "Twitter" akkauntu yoxdur.





27/07/12    Çap et