Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq


Tokioda istehsalçıların forumunda çıxış edən Microsoft –un icraçı direktoru Stiv Balmer Windows əməliyyat sisteminin hazırlanan yeni versiyası haqqında informasiya verib. Növbəti versiya Windows 8 adlanacaq və 2012-ci ildə çıxacaq. Microsoft rəhbəri xatırladıb ki, əməliyyat sistemi kompüter və planşetlər üçün nəzərdə tutulub. Balmerin sözlərinə görə, Windows hər qurğuda, hər yerdə olacaq. "İl ərzində siz Windows 8 haqqında hələ çox eşidəcəksiniz" - top-menecer belə hesab edir.
Məlumat üçün bildirək ki, hələ yanvarda Redmond korporasiyası “Windows”un planşet kompüterləri üçün uyğunlaşması haqqında planlarını elan edirdi, burda məqsəd Apple-la rəqabət aparmaq idi.
Bloqqerlərin məlumatına görə, Windows Store Windows 8-in əsas yeniliyi olacaq.
NetMarketshare-ın məlumatına görə proqram təminatı bazarında Windows XP-nin payı apreldə 53.18%, Windows 7 – 25 %, Windows Vista - 10.22% təşkil edib. Əməliyyat Sistemləri (ƏS) bazarında “Microsoft”un ümumi payı 88.4 % təşkil edir, 4.95% Mac OS X-ın, qalan 6.53% digər əməliyyat sistemlərinin payına düşür.
2012-ci ildə Microsoft-un məşhur proqram təminatının yeni versiyasının çıxışı gözlənilir. Çünki şirkət qaydalarına görə, əməliyyat sistemlərinin yeni versiyaları hər üç ildən bir çıxır.
Xatırladaq ki, Vista buraxılışı zamanı ümumi plandan kənara çıxılmışdır. İndi isə yeni sistemin adı və buraxılış tarixi rəhbər şəxs tərəfindən şəxsən açıqlandı.






01/06/11    Çap et