Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən gəlirli şirkətləri məlum olub


ABŞ-ın nüfuzlu "Forbes" jurnalı dünyanın ən gəlirli şirkətlərinin siyahısını dərc edib.
Siyahıya Rusiyanın "Qazprom" şirkəti liderlik edir. Belə ki, 2011-ci ildə "Qazprom"un gəliri 44 milyard 459 milyon ABŞ dolları olub.

ABŞ-ın "Exxon Mobile" şirkəti siyahıda ikinci  yerdə qərarlaşıb. Ötən il "Exxon Mobile"in gəliri 41,6 milyard ABŞ dolları təşkil edib.

Siyahıda üçüncü yerin sahibi,  Çinin "İndustrial and Commercial Bank of Chine" şirkətinin ("Çin Sənaye və Kommersiya Bankı") keçənilki gəliri isə 32 milyard 214 milyon ABŞ dollarına bərabər olub. 





31/07/12    Çap et