Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome 21” brauzeri işıq üzü görüb


“Google” şirkəti “Chrome 21” brauzerinin sabit versiyasını istifadəyə verib. Bu barədə şirkətin rəsmi bloqunda bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, yeni brauzerdə veb-tətbiqlər mikrofon və istifadəçinin veb-kamerasına müraciət edə bilərlər. “Flash” və ya “Silverlight” kimi plaqinlər tələb olunmur. Tətbiqlər qurğulara yalnız istifadəçi razılıq verdikdən sonra çıxış imkanı əldə edir.
“Chrome 21” brauzeri artıq yüksək təsvir ölçüsünə malik ekranları dəstəkləyir.

“StatCounter” xidmətinin məlumatına görə, “Chrome”-un brauzerlər bazarında payı 33,8 faiz təşkil edir. O, “İnternet Explorer” brauzerini ötərək populyarlığa görə birinci yerdə qərarlaşıb.





EMİL





02/08/12    Çap et