Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows-8” əməliyyat sistemi hazırdır


“Microsoft” korporasiyası “Windows 8” əməliyyat sisteminin final versiyasının hazırlanması haqqında məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, korporasiya hazırda son olan 9200 quraşdırmasını “Lenovo”, “Acer”, “ASUS” və “Toshiba” şirkətlərinə verəcək.

Bu versiya yeni kompyuterlərə quraşdırılacaq və aşkar edilmiş səhvlər yenilənmələr vasitəsilə aradan qaldırılacaq.Yeni əməliyyat sistemi oktyabrın 26-na qədər istifadəçilərin əksəriyyətinə əlçatan olmayacaq.





EMİL





02/08/12    Çap et