Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azercell”dən futbol həvəskarları üçün hədiyyə


Məlum olduğu kimi, bu gündən etibarən futbol üzrə Azərbaycan çempionatına start verilir. Bununla əlaqədar “Azercell” şirkətinin “Barama” İnnovasiya Mərkəzində futbolsevərlər üçün “yenikomandam.az” layihəsinə start verilib. Bu layihəyə qatılan iştirakçı öz komandasını yaradır, yığır, xal toplayır, qalib olaraq hədiyyə qazanır.

Oyunun ilk 4 həftəsinin qaliblərinə aşağıdakı hədiyyələrdən biri təqdim olunacaq: Mobil “Router MiFi MF60”, “3GMAX USB Modem MF190”. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2012-2013 mövsümü üzrə oyunun yekununda təqdim olunacaq əsas hədiyyələr sonradan elan olunacaq.

“Barama” İnnovasiya Mərkəzinin koordinatoru Tofiq Məmmədovun verdiyi məlumata əsasən, layihə “Barama” iştirakçıları olan Əyyub Hacıyev, İskəndər Məmmədov və Ayaz Quliyev tərəfindən yaradılıb. T.Məmmədov, həmçinin, bu layihənin Azərbaycan futbol liqasının tanıtımına böyük dəstək olacağına ümid etdiklərini bildirib.


RƏVAN





06/08/12    Çap et