Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SDU-da vahid internet şəbəkə yaradılıb


Sumqayıt Dövlət Universitetində internetə çıxışı təmin edən vahid şəbəkə yaradılıb. 4400 tələbəni və 400-dən çox müəllimi əhatə edən informasiya bazası mövcuddur. Təhsil dövründə hər bir tələbənin bütün göstəricilərini özündə əks etdirən proqram təminatı hazırlanıb istifadə olunmaqdadır. Təhsil resurslarının elektron versiyası universitetin saytında yerləşdirilib.

"ICTnews" elektron xəbər xidmətinin SDU-nun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu barədə universitetin rektoru Nadir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, bu günlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə universitetdə internet şəbəkəsinin nailiyyəti kimi təsdiqlənən "Wi-Fi" sisteminin təqdimat mərasimi keçirilib. Eyni zamanda internetə sürətli çıxışı təmin etmək üçün universitetin binasına optik kanal çəkilib. Bu gün tələbələr universitetdə bu sistemlə internetə çıxış əldə edirlər.




CAHANGİR





06/08/12    Çap et