Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə olaraq mobil proqramçılar təcrübə mübadiləsi aparıb


Azərbaycanda ilk dəfə olaraq mobil proqramçıların təcrübə mübadiləsinə yönəlik "Baku TechTalks" tədbiri keçirilib. “Baku Google Developers Group” və “Barama İnnovasiya Mərkəzi” tərəfindən reallaşan “TechTalks” proqramının əsas məqsədi müzakirələr əsnasında informasiya texnologiyaları (İT) icması üçün maraqlı və faydalı məlumatların paylaşılması olub.

Təcrübə mübadiləsinə dair görüşə qatılan İT mütəxəssisləri “Android”, “Blackberry” platformaları və mobil tətbiqetmələrin yaradılmasının biznes fəaliyyətinə çevrilməsi imkanları, Azərbaycanda mobil tətbiqetmələr üçün bazar imkanları haqqında müzakirələr apararaq, təqdimatlarla çıxış ediblər, öz təcrübələrini gənc proqramçılarla bölüşüblər.






RƏVAN





08/08/12    Çap et