Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ şirkətlərinin yarısı məlumatları “bulud” anbarında saxlamağa üstünlük verir


ABŞ müəssisələrinin təxminən 50 faizi məxfi məlumatlarını və korporativ sirlərini “bulud” anbarında saxlayırlar. “Ponemon Institute” təşkilatının keçirdiyi tədqiqat nəticələri buna sübutdur. Tədqiqat zamanı 4000-dən çox şirkətin informasiya təhlükəsizliyi üzrə mütəxəssis və sistem administratorları iştirak edib.

“ICTnews.az” elektron xəbər xidməti  bildirir ki, bir çox məlumatların şifrələnməsi üçün müxtəlif metodlardan istifadə edirlər. “Bulud” texnologiyasına etibar edənlərin təxminən 38 faizi  şifrələmə üsullarından “bulud” provayderi tərəfdə istifadə etməyə üstünlük verir, 35 faizi isə informasiyanı “bulud” anbarına göndərməzdən əvvəl şifrələyir.

Analitiklər “bulud” xidmətlərinə etibarın artması tendensiyasını müşahidə edirlər və şirkətlərin əksəriyyəti məxfi məlumatlarını orda saxlamağa üstünlük verir.



 
EMİL





08/08/12    Çap et