Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürücüsüz idarə olunan avtomobil 300 min mil məsafə qət edib


“Google”-un rəsmi bloqunda verilən məlumata əsasən, şirkətin sürücüsüz idarə olunan avtomobili heç bir yol-nəqliyyat hadisəsi olmadan 300 min mil məsafə qət edib. İstehsalçıların sözlərinə görə, bu, mühüm nəticədir, lakin onları qarşıda "uzun yol" gözləyir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, maşın sürücülərin qarşılaşdığı vəziyyətlərin,  yeni maneələrin öhdəsindən gəlməlidir. Söhbət qarlı yollardan və ya müvəqqəti quraşdırılmış nişanlardan gedir.
 






EMİL





08/08/12    Çap et