Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” və “iOS” platformasında işləyən aparatlar daha populyardır


“IDC” şirkəti “Android” mobil əməliyyat sisteminin populyarlığının artmasını qeyd edib: onun bazar payı 70 faizə yaxınlaşır.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesablamalara görə, ikinci rübdə dünyada müxtəlif proqram platformalarında işləyən təxminən 154 milyon smartfon satılıb. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 42.2 faiz çoxdur.

“Android” platforması ilə işləyən aparatların satış həcmi 104,8 milyon və ya 68,1 faizə bərabər olub.
3 ay ərzində təxminən 26 milyon “iPhone” smartfonu satılıb. “iOS” platformasının bazar payı 16.9 faiz təşkil edib.

“BlackBerry OS” və “Symbian” bazar payı sürətlə azalır: əgər 2011-ci ilin ikinci rübündə bu platformaların bazar payı 11,5 və 16,9 faiz təşkil etmişdisə, hazırda isə 4,8 və 4,4 faizə bərabərdir. Və ya 7.4 milyon “BlackBerry” və 6,8 milyon “Symbian” aparatları  satılıb.

1 il ərzində “Windows Phone” platforması ilə işləyən smartfonların bazar payı 2,3 faizdən 3,5 faizə qədər artıb.
 
EMİL





09/08/12    Çap et