Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur fotoxidmətin administrasiyası qeydiyyatı ləğv edib


İkiillik yoxlama və sazlamalardan sonra “Pinterest” sosial fotoxidmətinin administrasiyası dəvət üzrə qeydiyyatı ləğv edib; artıq istənilən şəxs saytda qeydiyyatdan keçə bilər. Saytda qeydiyyatdan keçmək “Facebook” və ya “Twitter” hesablarından, həmçinin elektron poçtdan istifadə etməklə mümkündür.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Pinterest” administrasiyası hazırda auditoriyasının xeyli artacağına ümid edir. Qeyd edək ki, bu sayt ABŞ-da populyarlığına görə üçüncüdür. Bu göstəriciyə görə yalnız “Facebook” və ya “Twitter”dən geri qalır.

“Pinterest” xidmətindən hər ay 100 milyondan çox insan istifadə edir. Son tədqiqat məlumatlarına əsasən, bu fotoxidmətin  auditoriyasının təxminən 50 faizini qadınlar təşkil edir.




 
EMİL





09/08/12    Çap et