Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürətli SMS yığmağa görə 50000 dollar


Dünən “LG Electronics” şirkətinin sponsorluğu ilə Nyu-Yorkda sürətli SMS yığmaq üzrə yarış keçirilib. Keçən il olduğu kimi, Viskonsin ştatından 17 yaşlı Ostin Vierşke yarışın qalibi olub. Münsiflər heyətinin qərarına görə, 17 yaşlı gənc Amerikanın ən sürətli SMS yığanı olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Ostin Vierşke qalib gəlməsinin sirrini sürətli barmaqları, həmçinin smartfonda gündəlik bir neçə saat məşq etməsi ilə əlaqələndirib.

Yarışın əsas mükafatı 50 min dollar olub. Ostin Vierşke bildirib ki, o, mükafatı kollecdə təhsilə xərcləməyi planlaşdırır.






 
EMİL





09/08/12    Çap et