Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” işləmək üçün yaxşı iş yeri hesab edilmir


"Facebook" şirkəti ilk dəfə olaraq məşğulluq və asudə vaxt arasında optimal balans təklif edən "işləmək üçün ən yaxşı" hesab edilən 25 şirkət siyahısına daxil edilməyib.

Reytinq "Glassdoor" saytı tərəfindən tərtib edilir. Saytın mütəxəssisləri il ərzində müxtəlif şirkətlərdə çalışan 385 min əməkdaşdan daxil olmuş rəyləri nəzərə alırlar. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, reytinqdə ilk beşlikdə 3 texnologiya şirkəti – "Agilent Technologies", "SAS Institute" və "CareerBuilder" qərarlaşıb.

Reytinqdə, həmçinin "LinkedIn", "Novell", "Citrix", "Hitachi Data Systems" və s. kimi şirkətlər yer alıb.

Qeyd edək ki, 2011-ci ildə "Facebook" şirkəti siyahıda 7-ci yerdə qərarlaşmışdı.

EMİL




10/08/12    Çap et