Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Elmi Kitabxana istifadəçilərinə “polpred.com”-dan istifadə imkanı yaradır


Mərkəzi Elmi Kitabxana (MEK) istifadəçilərinə "polpred.com"-dan istifadə imkanı yaradır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Mərkəzi Elmi Kitabxanadan (MEK) məlumat verilib.

Kitabxanadan bildirilib ki, "polpred.com" KİV-in əsas nəşrlərinin arxivi, rus dilində verilənlər bazasıdır. Saytda 15 il ərzində bütün dünyada informasiya agentliklərində və KİV-də dərc olunmuş 500 min ən yaxşı məqalələrin tam mətnləri toplanıb.

Buradan dünyanın və Rusiyanın 2000 aparıcı kitabxanasının saytlarına daxil olmaq pulsuzdur və vaxt məhdudiyyəti yoxdur. Eyni zamanda saytda istifadəçilərə verilənlər bazası formasında keyfiyyətli şəkildə vahid xəbərlər çarxı da təqdim olunur.

Saytdan istifadə etmək istəyənlər AMEA MEK-nın avtomatlaşdırma şöbəsinə (Ünvan: AMEA MEK, 4-cü mərtəbə, otaq 433) müraciət edə bilərlər.

HƏQİQƏT




14/08/12    Çap et