Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” yeni xəbər əlavəsi – “Facebook Editions” hazırlayır


“Facebook” sosial şəbəkəsi yeni istifadəçiləri özünə cəlb etmənin müxtəlif üsullarını axtarmağa davam edir, daimi istifadəçiləri isə şəbəkədə daha uzun müddət saxlamaq üsullarını axtarır. Belə üsullardan biri ən müxtəlif mənbələrdən xəbər idxalıdır (import). İndi ən böyük sosial şəbəkədə “Facebook Editions” əlavəsinin hazırlığının aparıldığı məlumdur. Bu, xəbər və məqalə məzmunu ilə iş üçün nəzərdə tutulub. Əlavənin iş prinsipi kifayət qədər sadədir: onun vasitəsilə telekanallar, qəzetlər, xəbər saytları və digərləri öz məqalə və xəbərlərini “Facebook” istifadəçilərinə çatdıra biləcəklər.
Artıq bu sistemə CNN, “The Daily” və “Washington Post”-un maraq göstərdiyi məlumdur. Məzmun naşirləri oxucuları məhz öz saytlarına cəlb etmək üçün xeyli səy göstərirlər, onlar məzmunu kənar resurslar vasitəsilə vermək istəmirlər, Bundan başqa, “Facebook Edition” pullu məzmunla iş təşkil etmək niyyətində deyil, halbuki orijinal Qərb xəbər axınının əsas yaradıcıları yalnız pulla işləyirlər. Nə “Reuters”, nə “Bloomberg”, nə “Wall Street Journal”, nə “Financial Times”ın sistemdə iştirak etməyəcəyi məlumdur, çünki onlar xəbəri pulla çatdırırlar.




18/07/11    Çap et