Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” dünyanın ən böyük oyun meydançasına çevrilir


"Facebook"dan verilən məlumata görə, dünyanın ən böyük sosial şəbəkəsi həm də dünyanın ən böyük oyun meydançasına çevrilir.


Şirkətin məlumatına əsasən, hazırda 235 milyondan çox insan "Facebook"dan oyun oynamaq üçün istifadə edir.

Şirkət ötən ilin avqustunda, həmçinin qeymerlər haqqında statistikanı açıqlamışdı və o zaman qeymerlərin sayı 205 milyona bərabər idi.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin əvvəlindən etibarən qeymerlərin bazası 8.4 faiz artıb. Son məlumatlara görə, "Words with Friends" və "FarmWille" sosial şəbəkədə ən populyar oyunlardır.

EMİL




15/08/12    Çap et