Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin planşet bazarındakı payı 70 faiz təşkil edir


"IHS Inc" tədqiqat şirkətinin məlumatına görə, "Apple" şirkətinin planşet bazarındakı payı 2012-ci ilin ikinci rübündə 70 faizə qədər artıb.

"IHS" şirkətinin məlumatına əsasən, "Apple" şirkəti ikinci rübdə 17 milyon ədəd "iPad 2" və yeni "iPad" planşet kompyuteri satıb. Nəticədə cari ilin birinci rübü ilə müqayisədə satışların həcmi 44 faiz artıb.

"Apple planşet bazarındakı vəziyyətinin bərpası üçün addımlarını düzgün istiqamətdə atır"- "IHS" şirkətinin məruzəsində qeyd edilib. "Apple"-in əsas rəqibi olan "Samsung Electronics Co." şirkətinin bazar payı ikinci rübdə 10.8 faizdən 9.2 faizə qədər azalıb.

EMİL




15/08/12    Çap et