Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il qlobal şəbəkə trafikinin həcmi artacaq


"Strategy Analytics" analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə dünyada "4G LTE" texnologiyasını dəstəkləyən təxminən 67 milyon mobil qurğu satılacaq. Qeyd edək ki, 2011-ci ildə 6,8 milyon belə qurğu satılmışdı.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, LTE-qurğuların satış həcminin 10 dəfə artması şəbəkə trafikinin həcminin artmasına səbəb olacaq. "2012-ci ildə bir çox istehsalçılar və operatorların istehlakçılara "LTE" texnologiyasını dəstəkləyən yeni mobil qurğular təklif edəcəyi ilə bağlı heç bir şübhə yoxdur. Yeni texnologiya sürətlə inkişaf edəcək" – "Strategy Analytics"-in analitiki Neyl Mouson belə düşünür.

EMİL




17/08/12    Çap et