Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

50 AZN aylıq abunə haqqı ödəyən hər kəsə “SAZZ USB Flash” modemi hədiyyə ediləcək


Ramazan Bayramı günlərinə təsadüf edən 19, 20 və 21 avqust tarixlərində bütün “SAZZ” Müştəri xidmətləri nöqtələri istifadəçilərin xidmətində olacaq.

Həmin günlər ərzində istənilən satış nöqtəsində “SAZZ” abunəçi müqaviləsini imzalayıb iki aylıq abunə haqqını (50 AZN) ödəyən hər kəsə “SAZZ USB Flash” modemi hədiyyə ediləcək.

“ICTnews” elektron xəbər xidməti bu barədə şirkətə istinadən məlumat verir. Bu bayram günlərində mövcud müştərilər də unudulmayıb.

“SAZZ 4G” abunəçisi olan müştərilər təmirə ehtiyacı olan modemlərini bu 3 bayram günü ərzində Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisə gətirərək pulsuz təmir xidmətindən faydalana bilərlər. Növündən və texniki vəziyyətindən asılı olmayaraq modemlər pulsuz təmir ediləcək.

CAHANGİR




17/08/12    Çap et