Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” smartfonlar bazarında lideri müəyyənləşdirilib


"Nokia" şirkətinin "Windows Phone" platforması ilə işləyən smartfonlar bazarındakı payı 60 faizə yaxınlaşıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin yanvarında "Nokia"-nın Windows Phone" platforması ilə işləyən smartfonlar bazarında payı 22 faiz təşkil edib.

"HTC" və "Samsung" şirkətlərinin bazar payı isə müvafiq olaraq 44 və 23 faizə bərabər olub. 2012-ci ilin mayında "Nokia"-nın bazar payı 50 faizədək artıb, halbuki "HTC" və "Samsung" şirkətlərinin payı müvafiq olaraq 27 və 15 faizədək azalıb.

Bununla belə, "IDC" analitik şirkətinin hesablamasına görə, 2012-ci ilin ikinci rübündə bu mobil əməliyyat sisteminin smartfon bazarındakı payı 3.5 faiz təşkil edib. Müqayisə üçün: "Android" və "iOS" platformalarının ümumi payı 85 faizə çatır.

EMİL




22/08/12    Çap et