Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropallar daha çox hansı elektron poçt xidmətindən istifadə edir?


Avropada ən populyar poçt xidməti "Hotmail"dir. Bu xidmətə unikal daxilolmaların sayı 108202 təşkil edib. Sonrakı yerlərdə "Gmail" (74670), "Yahoo!" (44290), "Mail.ru" (74267) və "Yandeks. Poçta" (25143) qərarlaşıb.

İstifadəçilər daha çox "Yahoo!" poçt xidmətində vaxt (ay ərzində orta hesabla 127.3 dəqiqə) keçirirlər. Bu göstərici üzrə sonrakı yerlərdə "Hotmail" (110.7 dəq), "Gmail" (59.5 dəq), "Mail.ru" (19.7 dəq) və "Yandeks. Poçta" (17.1 dəq) qərarlaşıb.

"ComScore" tədqiqat şirkətinin analitikləri veb-poçt xidmətinin avropalı istifadəçilər arasında populyarlaşdığını qeyd ediblər. 2012-ci ilin iyununda poçt xidmətindən istifadə edən unikal avropalı ziyarətçilərin sayı ötən illə müqayisədə 14 faiz artaraq 276,48 milyon insan təşkil edib.

Məlumat üçün qeyd edək ki, Böyük Britaniya və İspaniyada internet-auditoriyanın müvafiq olaraq 82,7 və 79,2 faizi veb-poçtdan istifadə edir.

EMİL




23/08/12    Çap et