Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə aparılır


2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi bu gün saat 23:59-dək internet vasitəsilə aparılır.

 "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumatda deyilir. İxtisas seçimi ərizəsini təsdiq etmək üçün tələb olunan virtual ödəmə kartını abituriyentlər "Azercell" və "Nar Mobile" nömrələrindən 7725 nömrəsinə boş sms göndərməklə əldə edə bilərlər.

CAHANGİR




23/08/12    Çap et