Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Telekom» basketbol klubu ölkə çempionatına qatılacaq


Gəncə Telekommunikasiya İdarəsinin nəzdində yaradılmış «Telekom» basketbol klubu sentyabr ayından etibarən ölkə çempionatına qoşulacaq. Daha sonra komanda Gürcüstanda 5 ölkənin (Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan) iştirakı ilə keçiriləcək turnirə qatılacaq.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu haqda komandanın baş məşqçisi Elçin Süleymanov məlumat verib. O bildirib ki, Gəncənin oğlanlar və qızlardan ibarət olan «Telekom» basketbol klubu 2002-ci, 2006-cı illərdə ölkə çempionu adını qazanıb.

Eləcə də klubun yetirmələri arasında paytaxt klubunda yarışan, 5 qat ölkə çempionu olan basketbolçular var. E.Süleymanov həmçinin qeyd edib ki, Gəncədə 1993-cü ildən etibarən basketbol idman növü yeni inkişaf mərhələsinə qədəm qoyub, 1996-cı ildən etibarən isə rəsmi yarışlara qatılıb.

CAHANGİR




23/08/12    Çap et