Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” 25 il sonra ilkə imza atdı


Dünyanın ən böyük proqram təminatı istehsalçısı olan "Microsoft" korporasiyası 1987-ci ildən etibarən istifadə edilən loqosunu dəyişdiyini bəyan edib.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, yeni loqoda şirkətin mobil qurğu və fərdi kompyuterləri üçün nəzərdə tutulmuş əməliyyat sistemlərinin (ƏS) interfeysində istifadə olunan sadə həndəsi formalara və tipoqrafikaya əsaslanan stildən istifadə olunub. Bu stil "Windows 8" ƏS-nin hazırlanması mərhələsində "Metro" adlanırdı.

Lakin "Microsoft" bu termindən imtina edib. Şirkətin loqosunda ilk dəfə olaraq onun adından əlavə digər elementlər (bir böyük kvadratı təşkil edən qırmızı, yaşıl, mavi və sarı rəngli kiçik kvadratlar) istifadə olunub.

Məlumat üçün qeyd edək ki, "Microsoft" fəaliyyətinin ilk illərində loqosunu tez-tez (1975-dən 1987-ci ilə qədər 4 loqo) dəyişib . Korporasiya sonuncu loqonu 25 il idi ki istifadə edirdi.

EMİL




24/08/12    Çap et