Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səbail Mərkəzləşdirilmiş Kitabxana Sisteminin veb-səhifəsi zənginləşdirilir


Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin veb-səhifəsi turizmə aid məqalələrlə zənginləşdirilir. 

Veb-səhifədə yerləşdirilmiş növbəti məqalə “Turizmin elmi-kulturoloji mahiyyəti və onun ilkin şərtləri” adlanır. Burada turizmin sosial-iqtisadi sahə kimi inkişaf tarixi, müxtəlif ölkələrdə bu sahəyə dair kompleks proqramların hazırlanması və digər məsələlər yer alıb.

Həmçinin burada Azərbaycanın dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkədə turizmin inkişafına yaradılan şərait də diqqətə çatdırılıb. Məqalə turizmin tədqiqi, öyrənilməsi və araşdırılması baxımından maraqlı mənbədir.




25/08/12    Çap et