Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə obyektlərinin mühafizəsi gücləndirilib


Rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, rabitə obyektlərinin və rabitə işçilərinin təhlükəsizliyinin təmin edilməsi və yanğın təhlükəsizliyi gücləndirilmişdir. Bununla bağlı “Rabitə vasitə və qurğularının işinin dayanıqlığının artırılması, rabitə obyektlərinin və işçilərinin təhlükəsizliyinə nəzarətin gücləndirilməsi haqqında” qərar qəbul edilmiş, “Rabitə obyektlərində mühafizə işinin gücləndirilməsi və buraxılış rejiminin tənzimlənməsi tədbirləri haqqında” və “Rabitənin dayanıqlığının təmin edilməsi, rabitə obyektlərinin binalarında, rabitə qurğu və vasitələrində texniki və yanğın təhlükəsizliyinə, xidmət heyətinə təhlükəsiz iş şəraitinin yaradılmasına və mühafizəçilərin iş səmərəliliyinin yüksəldilməsinə nəzarətin artırılması haqqında” əmrlər imzalanmış və icraları nəzarətə götürülmüşdür. Bundan başqa, TKQ-lərin inzibati binaları müşahidə kameraları ilə təmin olunmuş, binalarda yanğından mühafizə məqsədilə siqnalizasiya qurğuları quraşdırılmışdır.




18/07/11    Çap et