Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzStarNet” internet xidmətlərinin əhatə dairəsini genişləndirib


"AzStarNet" şəbəkə operatoru və internet provayderi artıq Binə qəsəbəsində də genişzolaqlı internet xidmətlərinə qoşulmanı təmin edir.

 "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, internet provayder  qeyd olunan qəsəbədə yerləşən 456/556 saylı ATS-də ADSL avadanlığı quraşdıraraq abunəçilərə genişzolaqlı internet xidmətləri təklif edir.

Qeyd edək ki, bu gün qabaqcıl şəbəkə operatorlarından və internet provayderlərindən biri olan "AzStarNet" şirkəti  informasiya texnologiyaları bazarında 2002-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin xidmət ərazisi Bakı, Sumqayıt şəhərləri daxil olmaqla Abşeron yarımadasını əhatə edir.





CAHANGİR




29/08/12    Çap et