Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SkyDrive” xidmətinin “Android” platforması üçün mobil tətbiqi yaradılıb (VİDEO)


“Microsoft” korporasiyası söz verdiyi kimi, “SkyDrive” “bulud” xidmətinin “Android” platforması üçün tətbiqini istifadəyə verib. Mobil tətbiq “Android 2.3” və daha yuxarı versiya mobil əməliyyat sistemləri (ƏS) ilə işləyən modellər üçün əlçatandır. Tətbiqin ölçüsü cəmisi 3 MB təşkil edir və pulsuzdur.

“ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, “SkyDrive” “bulud” xidməti istifadəçi fayllarını kənar serverlərdə saxlamağa və onlara istənilən qurğudan çıxış əldə etməyə imkan yaradır.








 
EMİL





29/08/12    Çap et