Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” əsas səhifəsində dostların ad günlərini xatırladacaq


“Google” internet-şirkəti axtarış sisteminin əsas səhifəsində istifadəçiyə onun “Google+” sosial şəbəkəsindəki dostlarının ad günləri barədə xatırladacaq. Bu barədə şirkətin nümayəndəsi İren Çanq bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, dostun ad günü haqqında xatırlatma axtarış sistemi səhifəsinin sağ yuxarı küncündə əks olunacaq. Hazırda orada  “Google” hesabın sahibi haqqında informasiya, “Google+” şəbəkəsindən bildirişlər yer alıb.

İstifadəçi təbrik mesajını, foto və ya videonu birbaşa axtarış səhifəsindəki xatırlatmadan göndərə biləcək.
“Google” axtarış sisteminin əsas səhifəsində xatırlatma yerləşdirərək “Google+” şəbəkəsini şirkətin bütün xidmətləri ilə inteqrasiyası strategiyasını davam etdirir. “Google+” sosial şəbəkəsinin auditoriyası hazırda 250 milyondan çoxdur. “Google+” sosial şəbəkəsindən ay ərzində 150 milyon insan istifadə edir.


EMİL





30/08/12    Çap et