Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Namiq Həsənov: Nəqliyyatı İdarəetmə Sisteminin işində hər hansı problem yoxdur


Nəqliyyatı İdarəetmə Sisteminin işləmədiyi barədə deyilən fikirlər yanlışdır. Bu barədə “İCTnews”-a açıqlamanı  Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov verib. O, son samanlar şəhərdə avtobusların qəza törətməsi ilə bağlı bəzi mətbu orqanlarında yanlış məlumatların getməsi ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, hazırda Nəqliyyatın İntellektual sisteminin birinci mərhələsi başa çatıb.” İkinci mərhələ ilə bağlı işlər gedir.

Sonra üçüncü mərhələ olacaq. Bu il və gələn ili əhatə edən ikinci mərhələdə sistemin coğrafiyası, yəni əhatə dairəsi genişləndirilir. Üçüncü mərhələdə hətta nəzərdə tutulub ki, respublika ərazisində bu sistemin tətbiqinə başlanılsın. Bakı şəhəri və ətraf qəsəbələrdə sistemlə bağlı iş başa çatdıqdan sonra üçüncü mərhələ haqqında danışmaq mümkün olacaq”.





RƏVAN





07/09/12    Çap et