Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Barak Obama "Foursquare" xidmətində hesab açıb


ABŞ prezidenti Barak Obama "Foursquare" geolokasiya xidmətində hesab açıb. Bu barədə sentyabrın 7-də xidmətin mikrobloqunda bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, prezidentin birinci "çekin"i Şimali Karolina ştatının Şarlotta  şəhərində yerləşən "Time Warner Cable Arena" idman kompleksi olub.
"Foursquare" xidmətində Amerika prezidentinin səhifəsində hesabı onun seçkiqabağı kampaniyasının əməkdaşlarının apardığı qeyd olunub. Obamanın rəqibi Mitt Romni xidmətdən 2011-ci ilin noyabrından etibarən istifadə edir.

Qeyd edək ki, Barak Obama, həmçinin "Twitter", "Facebook", "Flickr" və "Pinterest" xidmətlərində hesaba malikdir.



 
EMİL





08/09/12    Çap et