Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet sahəsində rəqabət yaranıb


İlin birinci yarısında Azərbaycanda ilkin internet-provayder "Delta Telecom"un kanallarının icarə dəyəri iki dəfə azalıb, internet tarifləri aşağı düşüb. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu gün Azərbaycanda ikinci qlobal provayder olan və ölkəyə trafikin çatdırılmasını təmin edən "Azərtelekom" MMC fəaliyyət göstərir. Bu sahədə rəqabətin yaranması gələcəkdə internet xidmətlərinin dəyərinin azalmasına və keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Yekun hazırlıq mərhələsində olan genişzolaqlı internetin inkişaf strategiyasının qəbul edilməsi genişzolaqlı qoşulmaların sayının genişlənməsində bilavasitə rol oynayacaqdır.




19/07/11    Çap et