Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” faylların zərərli olub-olmamasını yoxlayacaq


“Google” şirkəti istinad və faylların zərərli olub-olmamasını  yoxlamaq üçün nəzərdə tutulmuş “VirusTotal” xidmətini satın alıb. Bu barədə “VirusTotal” xidmətinin bloqunda məlumat verilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sazişin məbləği bildirilmir. Lakin “VirusTotal”-ın müstəqil xidmət kimi fəaliyyət göstərəcəyi məlumdur. “VirusTotal” istehsalçılarının antivirus şirkətləri ilə bağladıqları bütün müqavilələr qüvvədə qalacaq.

“VirusTotal” xidməti vasitəsilə istifadəçilər onlayn rejimdə bu və ya digər istinadın, həmçinin kompyuterdəki faylın təhlükəli olub-olmadığını yoxlaya bilərlər. Xidmət bunun üçün kənar antivirus şirkətlərinin "mühərrik"lərindən istifadə edir.Qeyd edək ki, xidmət 2004-cü ildə istifadəyə verilib.





EMİL





11/09/12    Çap et