Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqram bazarının həcmi 9 milyard dolları ötəcək


"Gartner" analitik şirkətində çalışan tədqiqatçıların qiymətləndirmələrinə görə, 2012-ci ildə proqram təminatı bazarının həcmi 9 milyard dolları ötəcək. Bu göstərici 2011-ci illə müqayisədə 1,8 faiz çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, proqnozlaşdırılan dövrdə bazarın əsas hərəkətverici qüvvəsi "bulud" xidmətləri, azad proqram təminatı və mobil platformalar olacaq.

Mobil platformalara gəlincə, analitiklər hesab edirlər ki, artıq 2015-ci ilin nəticəsinə görə smartfon və planşetlərə quraşdırılan mobil tətbiqlərin sayı dörd ənənəvi fərdi kompyuter üçün hazırlamaların sayını dördün birə nisbətində üstələyəcək.




 
EMİL





11/09/12    Çap et