Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rezidenturaya internet vasitəsilə ixtisas seçimi başlayır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən namizədlər üçün 2012/2013-cü tədris ili üzrə rezidenturaya keçirilmiş qəbul imtahanlarının nəticələri əsasında ixtisas seçiminə başlayır.
Komissiyadan verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 14-ü saat 9:00-dək aparılacaq.

İstiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün minimal tələblərə (müsabiqə şərtləri) əsasən, müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal, stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal, tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal, tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal toplamaq lazımdır.

Qaydalara görə, qəbul imtahanlarının birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində ixtisas fənləri üzrə bilikləri yoxlanılıb.Namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

GÜLNAR




11/09/12    Çap et