Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı müğənni Berlində “musiqi texnologiyaları ” sərgisində çıxış edib


Azərbaycanın populyar müğənnisi İlhamə Qasımova Berlində keçirilən “musiqi texnologiyaları ” sərgisində konsert proqramı ilə çıxış edib.

Yayılan xəbərlərə görə, sərgidə dünyanın nüfuzlu media qurumları üçün təşkil edilən konsert proqramında azərbaycanlı müğənninin çıxışı coşqu ilə qarşılanıb. Konsert proqramında İlhamə Qasımova öz repertuarından bu ilin ən hit mahnılarını səsləndirib.

 Alman mətbuatının yaydığı məlumata əsasən, sənətçimizin nümayiş etdirdiyi qeyri-adi ifa sərgidə iştirak edən media mənsublarının hədsiz marağına səbəb olub.





12/09/12    Çap et