Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə bazarda “Android” platforması ilə işləyən 1 milyard smartfon olacaq


“IHS iSuppli” analitik şirkətinin proqnozuna görə, 2013-cü ildə smartfon bazarına “Google Android” əməliyyat sistemi ilə işləyən milyardıncı aparat buraxılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə “Android” platforması ilə işləyən qurğuların tədarük həcmi 357 milyon, 2013-cü ildə isə 451 milyon təşkil edəcək. Qeyd edək ki, "quqlfon"lar satışa 2008-ci ildə çıxarılıb.

Müqayisə üçün bildirək ki, 2007-ci ildə istehsal edilmiş “iPhone” smartfonlarının 2013-cü ilədək ümumi tədarük həcminin 527 milyon qurğu təşkil edəcəyi proqnozlaşdırılır. Proqnozlara görə, “Apple” milyardıncı “iPhone” qurğusunu 2015-ci ildə istehsal edəcək.

“Android”in sürətli artması bu platformanı dəstəkləyən istehsalçıların geniş şəbəkəsi ilə bağlıdır. “Google”-un tərəfdaşları arasında “Samsung”, “HTC”, “Motorola”, “LG”, “ZTE” və “Huawei” kimi şirkətlər var.
 
EMİL





12/09/12    Çap et