Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“www.telebe.az” təhsillə bağlı videomaterialların hazırlanmasına başlayıb


Yeni tədris ili ərəfəsində “http://www.telebe.az/” saytında təkmilləşdirmələr aparılıb. Belə ki, sayta videobloqlar bölümü əlavə edilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə saytın rəhbəri Mürsəl Əliyev məlumat verib. Onun sözlərinə görə,

ilk bloq ilk dərs günü ilə bağlı məsləhətlərə həsr edilib: “Bu videobloqun yaradılmasında məqsəd Azərbaycanın internet kontentində videomaterialların az olması səbəbindən yaranmış boşluğu aradan qaldırmaqdır.

İnternetdə əsasən kriminal və əyləncə tipli videolara geniş rast gəlinsə də, təəssüflər olsun ki, təhsil və elmlə bağlı çox az videomateriallar var. Bu boşluğu doldurmaq üçün çalışacağıq ki, videobloqu inkişaf etdirək. Burada ekspertlər və müxtəlif sahələr üzrə mütəxəssislərlə müsahibələr təşkil etməyi nəzərdə tuturuq. İlk videomaterialımız da “Universitetin ilk günü”dür”.




HƏQİQƏT





13/09/12    Çap et