Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ölüm vadisi" milli parkı planetin ən isti məkanıdır


ABŞ-ın Kaliforniya ştatında yerləşən "Ölüm vadisi" milli parkı planetin ən isti məkanıdır. Bu barədə Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) məlumat verib.

"Ümumdünya Meteoroloji Təşkilatından ekspertlər qrupunun gəldiyi nəticəyə əsasən, düz 90 il bundan əvvəl Liviyanın əl-Əzizə şəhərində qeydə alınmış ən yüksək temperatur həddi temperaturun ölçülməsində yol verilmiş səhvə görə həqiqi deyil. Bu bəyanat 2011-ci ildə Liviya inqilabı gedişində təhlükəli şəraitdə aparılmış tədqiqatın nəticələrinə əsaslanıb" - ÜMT bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda "Ölüm vadisi" milli parkı rəsmi olaraq  planetin ən isti məkanı statusuna malikdir.

Beləliklə, “ÜMT”-nin qiymətləndirməsinə görə, Yer planetində ən yüksək temperatur (56.7 selsi dərəcə) 1913-cü il iyulun 10-da ABŞ-ın Kaliforniya ştatında yerləşən “Ölüm vadisi”ndə qeydə alınıb.

EMİL





14/09/12    Çap et