Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada İT təhlükəsizliyin təmin edilməsinə 60 milyard dollar xərclənəcək


Qlobal iqtisadi böhranla əlaqədar şirkətlərin İT büdcələrini azaltmalarına baxmayaraq, bununla belə informasiya təhlükəsizliyinə (İT) mühüm diqqət ayrılır. Analitiklər hesab edirlər ki, o, 2016-cı ilədək prioritet istiqamət olaraq qalacaq.

“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, “Gartner” analitik şirkətinin hesablamasına  əsasən, 2012-ci ildə dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi üçün 60 milyard dollar xərclənəcək. Bu göstərici ötən illə müqayisədə 8,4 faiz çoxdur. Belə ki, 2011-ci ildə bu məqsədlə təxminən 55 milyard dollar xərclənmişdi.

Bununla belə, “Gartner” tədqiqat firmasının ekspertləri təhlükəsizlik sahəsində mütəxəssis çatışmazlığı haqqında qeyd ediblər. Tədqiqat nəticələrinə əsasən, mindən çox əməkdaşa malik olan şirkətlərin 55 faizi 2012-ci ilin sonunadək informasiya təhlükəsizliyi xidmətinin ştatını artırmağı hesablayırlar.



EMİL





14/09/12    Çap et