Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!”-da işləyənlərə “BlackBerry” smartfonlarından istifadə etmək qadağan olunub


“Business Insider” nəşrinin məlumatına görə, “Yahoo!” şirkətində işləyənlər üçün istifadəsi tövsiyə olunan mobil qurğuların siyahısı tərtib edilib. Həmin siyahıda “iPhone 5”, “Samsung Galaxy S III”, “HTC One X”, “HTC EVO 4G LTE” və “Nokia Lumia 920” smartfonları yer alıb. Bundan əvvəl elan edilmiş qaydalara əsasən, şirkətin heyəti arasında ən populyar olan “BlackBerry” smartfonlarından istifadəyə qadağa qoyulub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Yahoo!” şirkətinin direktoru, "Yahoo! Smart Phones, Smart Fun!" adlı proqramın təşəbbüskarı 37 yaşlı Marissa Mayer hesab edir ki, işçilər şirkətin xidmətlərindən istifadə edən istifadəçilər arasında ən populyar olan qurğuları istifadə etməlidirlər.

"Biz ən yaxşı halda onu istəyərdik ki, əməkdaşlarımız xidmətlərimizdən istifadə edən istifadəçilərimizin qurğularından istifadə etsinlər. O zaman biz onlar kimi düşünə və işləyə biləcəyik," – Mayer bildirib.


EMİL





17/09/12    Çap et