Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda telefon abunəçilərinin sayı bir qədər də artdı


 "Aztelekom" İB şəbəkənin tam istismarı, mövcud abunəçilərin sayının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir. Birlikdən verilən məlumata görə, aparılan işlər nəticəsində rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 668 mini keçib.

Hal-hazırda birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12-yə, 100 ailəyə düşən telefonların sayı isə 57-yə çatıb.








RƏVAN
 





17/09/12    Çap et