Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gomap”-da Azərbaycan ərazilərini daha asanlıqla tapmaq olacaq


Qısa müddət ərzində paytaxt Bakıda, o cümlədən bölgələrdə məşhurlaşan “www.baku3d.az” saytı tam yeni dizaynda və yeni formatda istifadəçilərin ixtiyarına verilib. Sayt rəhbərliyinin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, yeni dizaynın ünikallığı əsasən ondan ibarətdir ki, bu dəfə “Google”-ın xəritəsi (Gomap) saytın backrounduna yerləşdirilir. Bu isə xəritə üzrə obyektlərin daha asanlıqla tapılmasına şərait yaradır.

Belə ki, artıq internet istifadəçiləri sayta daxil olmaqla istədiyi obyektin 360 dərəcədə virtual turuna baxa bilərlər. Onlar hər bir obyekti xüsusi vertolyotla havadan çəkilmiş virtual turları seyr edə bilərlər. Azərbaycanda, ümumiyyətlə, Qafqazda ilk dəfə tətbiq olunan bu çəkilişlər hər bir obyektə yüksəklikdən baxmağa imkan verəcək. Bundan başqa “www.baku3d.az” saytının layihəsi olan “airpano.az” saytı da “http://www.airpano.baku3d.az/”  subdomeni ilə fəaliyyət göstərəcək.

Hazırda “http://www.baku3d.az/” saytında obyektlərin sayı 300-dən çoxdur. Bura restoranlar, otellər, idman kompleksləri, muzeylər, məscidlər, nazirliklər mədəniyyət ocaqları, parklar və s. daxildir.

SEYMUR





20/09/12    Çap et