Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztagram” layihəsi üzrə işlər davam edir


"Aztagram" (Instagram Azerbaijan) layihəsi, "Instagram" foto-sosialşəbəkəsindən istifadə edən azərbaycanlıları bir yerdə cəmləşdirmək, eləcə də onların çəkdiyi şəkilləri bir yerə yığaraq, digər insanlara təqdim etmək məqsədi ilə yaradılıb.

Saytda Azərbaycanın müxtəlif bölgələrində "Instagram" istifadə edən insanlar tərəfindən çəkilən şəkilləri izləyə bilmək imkanı var. Bundan əlavə, hər bir şəkli şərh edə, eləcə də müxtəlif sosial şəbəkələrdə olan dostlarla bölüşmək imkanı da mövcuddur.

"Instagram" istifadə edən istifadəçilər isə şəkilləri öz hesablarına yükləyərkən, "#Aztagram #Azerbaijan" və "#Baku" teqlərindən istifadə edirlər və işlər moderasiyadan keçdikdən sonra veb-səhifədə yerləşdirilir.

Hal-hazırda istifadəçi reytinqi, bloq və s. imkanlar üzərində işlər davam etməkdədir.Qeyd edək ki, layihə Fərhad Ələkbərov, Elvin Hacı və Məcid Cəbrayılov tərəfindən avqust ayının 23-ü yaradılıb.





21/09/12    Çap et