Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı seysmoloqlar Azərbaycanda treninqlər keçirir


Amerikalı seysmoloqlar Taimi Mulder və Malcom Vayte Bakıda səfərdədirlər. Səfərdə məqsəd AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları üçün seysmik məlumatların analizi və verilənlər bazası ilə işləməyin öyrənilməsinə dair treninqin keçirilməsidir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, artıq amerikalı mütəxəssislərin iştirakı ilə RSXM-in Seysmotelemetrik Monitorinq Mərkəzində treninqlərə başlanılıb: “Treninqin bir neçə gün davam etməsi nəzərdə tutulur”.







 
HƏQİQƏT





21/09/12    Çap et